“Mərkəzi Azəri” platformasından indiyədək 1 mlrd. bareldən artıq neft hasil edilib
25.07.2024

“Azəri-Çıraq-Günəşli”(AÇG) yatağının tammiqyaslı işlənməsi çərçivəsində 2005-ci ildə istismara verilən “Mərkəzi Azəri” platformasından 1 iyul 2024-cü il tarixinədək 1,11 mlrd. barel neft və 85,95 mlrd. kubmetr səmt qazı hasil edilib.

SOCAR-dan Visiontv.az-a verilən məlumata görə, AÇG-nin tammiqyaslı işlənməsi çərçivəsində 2005-ci ildə istismara verilən “Mərkəzi Azəri” Bakıdan 100 km şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 128 m olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış platformasıdır.

“1 iyul 2024-cü il tarixinədək AÇG yatağından hasil olunan neftin 25,22%-i, səmt qazının isə 38,56%-i “Mərkəzi Azəri” platformasının payına düşüb”, - məlumatda qeyd olunur.