Sosial media üzərindən yazdığım qeydlər.
"Qalxın məhkəmə gəlir!”: Bu əmr Azərbaycana məxsusdur - Mir Şahin.
***
Terrora dəstək verən İran və Ermənistan terrora qarşı birgə təlim keçirir - Şöhrət El-Dəniz
***
Vətəndaş məmurdan haqlı tələbini niyə ağlaya-ağlaya edir?
Tələbində haqlı olmadığına görə, yoxsa məmurun ona yazığı gəlməsi üçün?
***
Bazar günüdür, oturub kabel televiziyasında kinolara baxıram. Qarşıma rus kinosu çıxdı, 1941-45-ci il müharibəsindən sonrakı dövrü əhatə edir. Film, müharibədən sonra döyüşdə olmuş rus mujiklərinin sülh dövrünə adaptasiya ola bilməsinə həsr olunub. Filmdə diqqətimi çəkən rejissorun rus millətinin əsil mahiyyətini mahərətlə ortaya qoyması oldu.
Filmin qəhrəmanı deyir ki, mən savaşanda, öldürəndə, Berlin küçələrində almanları aşağılayıb, təhqir edib avtomatın qundağı ilə vurub yerə yıxanda özümü güclü, lazımlı, dəyərli, qəhrəman, yəni əsil adam kimi hiss edirdim. İndi sülh dövrüdür, heç kimə lazım olmayan, gündə içib, alkaşlıq edən, küçələrdə veyillənən, hər gün arvadla savaşan, gərəksiz bir fərdə çevrilmişəm.
Rejissor bu epizodla rus kişisinin, millətinin əsl mahiyyətini ortaya qoyub. Deməli bunlar kimisə əzəndə, öldürəndə, müstəmləkə altına salıb məhv edəndə, digər millətləri qorxu altında yuxarıdan aşağı baxanda özlərini dəyərli, lazımlı millət və yaxud adam hiss edirlər. Yəni bunlar dəyərli, hörmətli adam, millət olmağın başqa yolunu bilmirlər. Mütləq kimisə qorxudub, döyüb, öldürüb, qan tökməlidirlər ki, bunları hörmətli adam hesab etsinlər.
P.S. Rusiya sevərlər bunu mən demirəm ha, bunu rus rejissorun çəkdiyi rus kinosunda, rus aktyoru rus kişisinin, rus millətinin adından deyir.
***
Xərc çəkib uşaqlarını Rusiyaya hansı ağılla oxumağa göndərirlər anlamıram. O pula göndərin Avropada, ABS-də, Kanadada, lap elə Türkiyədə normal təhsil alsınlar, müstəqil düşünən şəxsiyyət olsunlar. Putinin qurduğu cəmiyyətdən bu uşaqlar nə görüb götürəcəklər.
***
Türkiyə Yaxın Şərqin boz səhralarında ona xəyanət edəni ərəbi özunə müttəfiq etmək istəyir, türk düşmənləri olan Yunanıstan, Almaniya, Fransa da gəlib zəngin Türküstanda ( Orta Asiyada) özünə müttəfiq yaradıb Türk birliyini parçalamağa çalışır. Azərbaycan da Türkiyənin arxada buraxdıqlarını təmizləməklə məşğuldur. Türkiyə bölgəyə tək müsəlman yox, həm də dövlət gözüylə baxmalıdır.
***
Erməni daşnakları 20-ci əsrin əvvəllərində Azərbaycanda olduğu kimi Türküstanın Buxara, Daşkənd, eləcə də digər Mərkəzi Asiya şəhərlərində də türklərə qarşı tükürpədici genosid aktları həyata keçiriblər. Bunu özbək, türkmən, qazax, qırğız qardaşlarımız unutmamalı, tarixçilər bu tarixi faktları gündəmə gətirməlidirlər. Mən başa düşürəm hər bir dövlətin öz maraqları var. Və öz siyasətlərində müstəqildirlər. Amma Orta Asiyadakı türk dövlətləri ermənilərin, o cümlədən onların havadarı olan Fransa, Yunanıstan, yunan Kipri kimi tarixi türk düşməni olan ölkələrin "səmimiyyəti"nə inanıb öz türk qardaşlarına arxa çevirmələri enində sonunda peşmançılıqla sona çatacaq. Bunu biz azərbaycanlılar gözəl bilirik. Ən azı bizdən dərs götürməlidirlər. Bu gün prezident İlham Əliyev öz cıxışında Şimali Kipr Türk Cümhuriyyəti barədə dediklərini qulaqlarında sırğa etməli, türk qardaşlığı, həmrəyliyi, birliyi necə olmalıdır düsturunu dərk etməlidirlər.
***
Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına toxunub: “Ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar”.
***
Prezident: Azərbaycan türkdilli aləmə, Türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib.
***
Prezident İlham Əliyev: “Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq”
***
Bu Tehranda oturan mollaların başı doğrudan qaçıb.
ABŞ hərbiçiləri Ermənistana İranla sərhəddə guya təlimlərə gəlir, orda kəşfiyyat avadanlıqları yerləşdirir. Və hamı da bilir ki ABŞ ordusunun bu yerdəyişməsi İrana endiriləcək mümkün hava hücumları ilə bağlıdır. Tehran mediası isə yazır ki, bunu Azərbaycana təzyiqlər ücun edilir. Guya öz aləmində ara qatır.
ABŞ ordusu İranı vurmaq üçün qurudan və dənizdən üzük qaşı kimi mühasirəyə alır və bu işdə sevimli qardaşları ermənilər də iştirak edir, bunların da dərdi-səri Azərbaycana hədə qorxu gəlmək, şər atmaqdır. Bu cür axmaq, ikiüzlü, şərəfsiz sistem mən görmədim.
***
Qızı olmayan atalara yetim kimi baxıram. Olmayanlar inciməsin.
Qızlarınıza mükəmməl təhsil verin, onlar tək özlərini və valideyinlərini yox cəmiyyəti xoşbəxt edəcək. Bu gün qızımın doğum günüdür. Mən qızım Aytənlə həmişə fəxr etmişəm və həmişə də fəxr edəcəm. Bakıda, yanımda deyil. Avropaya təhsil dalınca gedib. Və əminəm ki, o xoşbəxtdir. O xoşbəxtdirsə mən də xoşbəxtəm. Təbrik edirəm qızım.
***
Tramp Netanyahuya Türkiyə məsələsində ehtiyatlı olmağı tövsiyyə etdi. Netanyahu da mesajı düz anladı və Türkiyə ilə konfliktə girmək istəmədiklərini bildirdi.
Düz və ağıllı qərardır.
***
Qarabağın ermənilərdən azad, xarabalıqlardan bərpa olunan kənd və qəsəbələrinə geri qayıdan sakinlərimiz arasında bu cür gənc və yeniyetmələri görəndə çox sevinirəm. 30 il həsrətini çəkdiyimiz ərazilərə tək o məkanlarda vaxtilə gəncliyini, hazırda isə ahıl çağlarını yaşayanlar yox, həm də bu cür gənclərimiz, yeniyetmələrimiz də getməlidir ki, torpaqların bərəkəti və gələcəyi olsun. Bərəkətli gələcəyə isə gənclərlə getmək mümkündür. Təbii ki, ahıllarımızın sevinci və duası ilə.
Şöhrət El-Dəniz
visiontv.az