Keçən həftə Feysbukda yazdığım statuslar.
Molla mediası sevincək yazıb ki, ABŞ Ermənistanı seçdi. Anlamırlar ki, ABŞ elə erməninin əli ilə onlara paz çalacaq. Budur illərdir qonşudur deyib bir dəfə də olsun bu nadürüst mollalara qarşı öz ərazimizdən kiməsə istifadəyə imkan vermədik. Ermənistan isə İranla sərhəddə Fransa, Almaniya, ABŞ, Rusiya hərbçilərini gətirib yerləşdiririb. İndi sevincək yazıblar ki, ABŞ-nin yeni adminstrasiyası Ermənistanı seçdi. Lap yaxşı. Gedib yağlanıb hazırlaşın))
***
Rusiyada yaşayan azərbaycanlı iş adamları öz bizneslərini Azərbaycana və Türkiyəyə daşısınlar. Həm rusların şantajından, həm də Beynəlxalq sanksiyalardan canları qurtarar. Rusiyada reketçilik həmişə dövlət siyasətinin tərkib hissəsi olub. Bu ölkə ilə gələcək yoxdur.
***
İran hərbiçiləri neft daşıyan tankerin göyərtəsini dəmir listlərlə örtüb, üstünə də pişik boyda dronları buraxıb ki, təyyarədaşıyan gəmimiz var)
***
Malalamaqla deyil. Konkret yazmaq lazımdır ki, təyyarə olayı Kremlin qəddar və təhlükəli qonşu olduğunu bir daha ortaya çıxartdı.
***
Rusun və farsın tərifinə heç vaxt inanmayın. Bilin ki, mütləq ziyan vurmaq üçün tərif edir. Bayaq oxuyuram ki, hansısa rus politoloq Hikmət Hacıyevə kölgə xarici işlər naziri deyib. Birincisi elə bir vəzifə yoxdur, ikincisi rus bu fikri bildirməklə Hikmət Hacıyevə tərif deyib yoxsa ara qatır. Hamımız bilirik ki, Hikmət Hacıyev Prezidentin xarici siyasət üzrə müşaviri və köməkçisidir. Yəni adamın rəsmi işi budur. Və bu işin öhdəsindən də layiqincə gələ bilən peşəkar milli kadrdır. Və ortada kölgəli heç nə yoxdur. Hansısa rusun göstərdiyi "medveji usluqanı" təkrarlayıb az tirajlayın)
***
Rusiya HHM qüvvələri tərəfindən vurulan Azərbaycana məxsus təyyardə həlak olanlara görə bizim təkidli tələbimiz bilirsiniz ruslara niyə çatmır?
Rusiyada insanın heç vaxt dəyəri olmayıb. Yüz faiz əminəm ki, ruslar bizim həlak olanlara görə "çto zdes straşnoqo proizoşlo? Nu poqibli 20-30 çelovek. Nu i çto" - yəni "burda faciəvi nə baş verib. Vur-tut 20-30 adam ölüb" düşüncəsi ilə reaksiya verirlər. Böyükdən kiçiyə əksər ruslar bax bu cür düşüncə sahibi olduqlarına görə, bizim, həlak olanlara görə verdiyimiz reaksiya onlara çatmır. Gündə Ukraynada, başqasının torpaqlarında minlərlə gənc rusun ölümünü sakitcə seyr edən rus cəmiyyəti elə bilirsiniz bizim itkilərə dəyər verib üzrxahlıq edəcək. Əksinə gördüyünüz hoqqanı verirlər.
***
ABŞ və Rusiyada miqrantlara qarşı oxşar və qəddar addımlar atılır. Ən maraqlı tərəfi isə ordadır ki, hər iki ölkə miqrantlardan asılıdır.
Şöhrət El-Dəniz
visiontv.az