Məmur-vətəndaş münasibətləri, məmur davranışları onları həbs etməklə həll ediləcək qədər bəsit bir mövzu deyil
Məmur-vətəndaş münasibətləri, məmur davranışları onları həbs etməklə həll ediləcək qədər bəsit bir mövzu deyil
08.02.2022 Alqış Musayev Tərəfindən

Məmur-vətəndaş münasibətləri, məmur davranışları onları həbs etməklə, oğurladıqlarını büdcəyə qaytarmaqla birdəfəlik həll ediləcək qədər bəsit bir mövzu deyil. “Məmur” sözü ərəb mənşəlidir. Məmur sözünün özü də, məmur tipləri də bizə kənardan gəlmədir. Atalar sözümüz var, “evdə bişməyib, qonşudan gəlməyib”. Uzun müddət bir çox məsələlər bizə qonşudan “bişmiş” vəziyyətdə idxal olunub. Son iki yüz ildə idarəçilik şimal qonşumuz tərəfindən ya birbaşa yönləndirilib, ya da bir qədər fərqli formada tətbiq olunub.

Bu yaxınlarda belə bir fakt oxudum. Deməli, ötən əsrin 50-ci illərində Azərbaycanın birinci katibi olmuş İmam Mustafayev Mərkəzi Komitənin aparatına iki vahid Azərbaycan dilli makinaçı ştatı almaq üçün Moskvaya bir neçə dəfə müraciət edib, bir neçə dəfə rəsmi məktub yazıb. Və xeyli müddətdən sonra istədiyini əldə edə bilib.

Belə mərhələlər olub. 

Bizim milli məmur yetişdirən institutlarımız, müəssisələrimiz olmayıb. İlk belə milli müəssisə Azərbaycan prezidentinin layihəsi olan ASAN Xidmət modelidir. Mən əminəm ki, gələcəkdə “ASAN” dəzgahından çıxan məmurlar rüşvətxorluğun, korrupsiyanın qarşısını almaqda həlledici rol oynayacaqlar.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu

Visiontv.az