Mehriban Əliyevanın xalqımıza müraciəti məzmun etibarilə sadəcə müraciət deyil, həm də bir çağırışdır-deputat Hikmət Babaoğlu
21.07.2020

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciəti məzmun etibarilə sadəcə müraciət deyil həm də bir çağırışdır.

Hər şeydən öncə qeyd etmək lazımdır ki, birinci vitse-prezidentimiz bir neçə strateji məsələyə eyni vaxtda toxunmaqla milii maraqlarımızın qorunması baxımından onların hamısnın birlikdə vahid tamın komponentləri olduğunu ifadə edib. Bunlardan birincisi Milli ordumuzun gücü və düşmən təxribatına layiqli cavab verməsi ilə bağlıdır ki, bu məsələ milli maraqlarımızın təmin olunması kontekstində də elə birinci yerdə durur. Hazırda biz savaşdan danışan zaman hər nə qədər bu savaşın digər komponetləri haqqında müxtəlif fikirlər irəli sürsək də yəqin bildiyimiz əsas məsələ şübhəsiz ki, Ordunun gücünün həlledici faktor olmasıdır.

İknci əsas məsələ odur ki, Mehriban xanım Əliyeva Güclü Ordumuzun xalq tərəfindən dəstəklənməsi, ölkəmizdə, vərtəndaşlarımızda yüksək vətənpərvərlik hisslərinin olması və ərazi bütövlüyümüzün bərpa olunması işində xalqımızın Ali Baş Komandanımızı dəstətəkləməsi məsələsidir ki, bu milli gücün və milli resurslarımızın milli maraqlarımız ətrafında səfərbər edilməsi baxımından olduqca vacibdir. Çünki bunların biri olmasa düşmənə qarşı savaşda arzu edilən məqsədə nail olmaq da çətin olur. Bu prosesdə Şəhidərimizin olması və hamımızın birlikdə şəhidlrimizn qisasını almaq, torpaqlarımızı işğaldan azad etmək əzmi nümayiş etdirə bilməmiz milli həmrəyliyimizin və mütəşəkkilliyimizin bariz göstəricisidir ki, müharibə vəziyyətində olan ölkəmiz üçün bu da olduqca ciddi ictimai- ideoloji faktordur. Müraciətdə üçüncü məsələ müasir müharibələrin əsas komponentlərindən biri olan informasiya savaşı ilə əlaqədardır ki, müraciətin çağırış hissəsi də elə buradadır. Özlüyündə bu məsələ də olduqca əhəmiyyətlidir. Çünki yumşaq güc kimi səciyyələndirilən informasiya güçü milli intellektual faktor kimi milli maraqların qorunmasına cəlb edilmədikdə bu zaman əldə edilən hərbi-siyasi uğurlar belə daxili dağıdıcı faktorlarla tamamilə itirilə bilər. Ona görə də bu istiqamətdə milli fəaliyyətimizi gücləndirilməli, hər bir ictimai fəal fərd, hər bir sosial şəbəkə iştirakçısı özünü ön cəbhədə vətəni müdafiə edən əsgər kimi hiss etməlidir. Əslində hazırda milli informasiya platformalarımızda vəziyyət elə arzuladığımız kimidir anca təssüf ki bəzi istisnalar da var.

Hörmətli Mehriban xanım Əliyeva da elə bu məsələyə diqqəti çəkərək haqlı olaraq bildirir ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək “darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə vermək, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq salamaq bu məsuliyyətli tarixi mərhələdə milli marqlarımız baxımından nə izhedilən nə də başa düşülən deyil! Düşünürəm ki, bu məsələ hər birimizi narahat etməli, sosial şəbəkələrdə belə təxribatçılasra qarş kütləvi sinxron etiraz formaları tətbiq edilməlidir. Nəticə etibarilə söhbət milli davamıza kölgə salanlardan gedir və onlara qarşı inzibati qaydada mübarziə aparmaq mexanizmləri effektiv olmadığı üçün virtual ictimai qınaq mexanizmindən istifadə etməliyik .Bu əslində bizim vətəndaş məsuliyyətimiz kimi qəbul edilməlidir. Çünki hədəfimiz torpaqlarımızı işğaldan azad etmək elə məqsədimiz də Ordumuzun, Ali Baş Komandanımızın arxasında milli həmrəylik nümayiş etdirərək birgə dayanmaqla bu məqsədə çatmağımızı təmin etməkdir.

Visiontv.az