Livan prezidenti Cozef Aun ölkəsinin İsraillə münasibətləri normallaşdıracağı ilə bağlı xəbərləri təkzib edib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Aun İsrailin xarici işlər naziri Gideon Saarın Tel-Avivin Livanla normallaşma prosesində maraqlı olduğunu bəyan etməsinə reaksiya olaraq- “İsraillə Normallaşma hal-hazırd Livanın xarici siyasətinin bir hissəsi deyil” sözlərini deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ səfiri və Cozef Aun arasında görüş baş tutub.
Görüşdə Hizbullahın tərksilah edilməsi və İsraillə mümkün normallaşma prosesi müzakirə edilib.