Liderlər telekonfrasla görüşəcək
14.03.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makrov və Almaniya Kansleri Angela Merkellə 17 martda keçirəcəyi Zirvə görüşü telekonfransla baş tutacaq.

Visiontv.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu addım koronavirus təhlükəsinə görə atılıb.

Məlumata görə, telekonfransda İdlibdə mövcud vəziyyət, qaçqınların məsələsi və Türkiyə-Avropa İttifaqı məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, görüşün İstanbulda keçirilməsi planlaşdırılırdı.