Lavrov Ukrayna ilə İstanbul razılaşmalarının bəzi bəndlərini açıqlayıb
19.04.2024

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə İstanbul razılaşmalarının bəzi bəndlərini açıqlayıb.

APA-nın  Moskva müxbiri xəbər verir ki,  Lavrov  İstanbul razılaşmasında  NATO-nun  5-ci maddəsinin Ukraynaya tətbiq edildiyini, lakin bunun Krım və Donbasa şamil edilmədiyini bildirib.

"İstanbul razılaşmasına görə, əgər bu ərazilərə (Krım və Donbass-red) hücum edilərdisə, razılaşmalar dərhal ləğv edilməli idi. Bu razılaşmalar görə, Ukrayna ərazisində heç bir hərbi baza olmamalı idi", -  Lavrov  yerli KİV-ə müsahibəsində qeyd edib.

visiontv.az