Laçın-Xankəndi yolundakı aksiya 102 gündür davam edir
23.03.2023

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, ictimai fəaller aksiyanı gecəboyu davam etdirib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Laçın-Xankəndi yolundakı aksiya 102 gündür davam edir - FOTO