Konqresin gündəmində Rusiyaya qarşı eyni zamanda 3 qanun layihəsi var
11.07.2025

Hər kəs Konqresdə Rusiyaya qarşı Qrem-Blumental qanun layihənin taleyini diqqətlə izləyir, əslində isə Konqresin gündəmində Rusiyaya qarşı eyni zamanda 3 qanun layihəsi var.

Nümayəndələr Palatasında "Sülh haqqında Qanun" (PEACE Act) adlı qanun layihəsini təqdim ediblər. Bu qanun, sanksiya altında olan rus subyektləri ilə biznes əlaqələri quran istənilən xarici bankın ABŞ maliyyə sisteminə çıxışını bağlamağı hədəfləyir.

Bundan əlavə, "REPO" qanun layihəsi də mövcuddur, bu qanun ABŞ prezidentinə Birləşmiş Ştatlarda dondurulmuş Rusiya aktivlərini Ukraynanın xeyrinə müsadirə etmək hüququ verir.

Daha bir maraqlı xəbər.

Avropa Komissiyası bir tərcüməçini Rusiyanın xeyrinə casusluq şübhəsi ilə vəzifəsindən azad edib.

2024-cü ilin sonunda o, Avropa Komissiyasında Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirilən qapalı görüş zamanı qeydlər apararkən yaxalanıb. Halbuki, bu cür görüşlər zamanı qeydlər aparmaq qəti şəkildə qadağandır.

Onun valideynləri rusdur, özü isə əvvəllər Ukraynada yaşamışdır.

Kamran Cəfərov

visiontv.az