Kiber Vətən dili-İdris Heydərli
21.07.2020

İlk kitab çapımız şeir kitabıdır, Sonra "Vətən dili".

Sənayeləşmənin kitab dili sonralar milli kimliklərin "ana" dili oldu,
 Dillə yeni məntiq yaradıldı və hələ də bu "ana"dillərin məntiqi ilə yaşayırıq.
 Kiber dünyamızın dilini bilirikmi?
 Kiber dünyamızda dilimiz varmı?
 Bu gün kiber məkanda, digital dünyada Ruscadan tərcümə edilmiş "Ana dili" dərsliyinin dili ilə danışır və yazırıq.
 Digital dünyamızda var olan düzənsizliyin, tərbiyəsizliyin, söyüşün, qarğışın, çaşbaşlığın təməl səbəbi bu "Ana dili" dərsliyidir.
 Nədir bu "Ana dili"?
 Hansı məntiqlə yazılıb?
 Bir uşaq məktəbə bildiyi, öyrəndiyi dillə gələr,
 Bu dilin şəklini çəkən və ona yazı şəkli verən Kitabla isə tərbiyəsini təlim edər.
 Şəkil və Səs birləşib Dilə dönər.
 Sovetin "Ana dili" şəkili tanıdıb, Səsləri sözləşdirərdi,
 Sovet Anası rusun "matı" idi, onun söyüşlərdən xilas edilmə dərdi var idi,
 Bizim Anamızla onların Matı fərqli dərdlərlə yüklənmişdi.
 Bizim Anamızı unutdurub, kitabdakı "Matı" öyrəndiyimiz dərsliyin ağrısını o zaman hiss etməzdik,
 İndi bizim Anamız haray çəkir,
 Rusun "Matı" ilə oxudulan "Ana dili" kitabının iztirabını digital məkanda yaşayırıq.
 Kimsə dilin məntiqinə vaqif deyil,
 Hamı şəkli yazır, şəkli danışır,
 "Ana dili" kitablarından tanıdılan şəkillər artıq həyat tərzimizdir,
 "Tanrı", "Allah" ifadəsini ayird edə bilmirik,
 Bir cümlədə hər ikisinin şəklini çəkirik,
 Mənasını anlamırıq.
 Anaların dili olmaz,qardaşlarım,
 Analar ya alqışı, ya da qarğışı bilər,
 Anaların dili bir tək Duadır.
 Analara Duanı unutduranda Analar ya qarğış, ya da alğış edər.
 Kiber məkanda Ana duamız yoxdur,
 Demək ki,Dilimizın yeri qarnımızdır.
 Sənayeləşmə dönəminə Cəlillərin "Anamın kitabı" kimi şəkillərlə girdiyimizdə Cəlillərin dərdi Duanın unutdurulması idi,
 Ananın dili ilə danışan kişilər böyütmək istənilirdi.
 Bu gün "Ana dili" ilə böyüdülənlərin söyüşü digital məkanın təlimçisidir,
 Dövlətimizin təməl dərdidir.
 Nə edək?
 Dövlət dilini müəyyən etməlidir,
 Dövlət Kişi dilinin dirilişini təmin etməlidir ki,
 Anaların Duası ilə Kişilərin zəfər xəbərləri Vətəni qorusun.
 Bu qədər.

Visiontv.az