İsrailin İrana hücum planını Pentaqonun yüksək rütbəli fars əsilli əməkdaşı ifşa edib
25.10.2024

İsrailin İranın raket hücumuna cavab hücumu barədə planını ABŞ Müdafiə nazirliyinin yüksək rütbəli əməkdaşı İran əsilli ABŞ vətəndaşı Arin Təbatəbayi ifşa edib.

Bu barədə "Sky News" məlumat yayıb.

"ABŞ kəşfiyyat orqanları Pentaqonun yüksək rütbəli əməkdaşı Arin Təbatəbainin gizli planı ifşa etdiyini və bu barədə məlumatların Tehrandakı mnbələrə sızdırmasını ehtimal edir, bunun araşdırırlar",- məlumatda bildirilib.

"Sky Nws" ABŞ rəsmilərinə istinadən yazıb ki, Arin Təbatəbayinin tutduğu vəzifəyə görə, yüksək səviyyədə məxfi məlumatlara çıxış imkanı var.

Arin Təbatəbayi isə "Fax Neüs"ə verdiyi açıqlamada barəsində irəli sürülən ittihamları rəd edib.

Ağ Evin yüksək rütbəli siyasi müşavirlərindən olan A.Təbatəbayi, 2021-ci ilin yanvarında Co Bayden hakimiyyətə gəldikdən sonra ABŞ-nin İranla nüvə danışıqları aparan komandasının da üzvü olub.

2021-2022-ci illər arasında Tabatabaei ABŞ-nin İranla bağlı məsələlər üzrə xüsusi nümayəndəsi Robert Malinin də müşaviri olub və o, İran ilə anlaşmaq üçün səy göstərib.

Bununla yanaşı bir müddət əvvəl amerikalı senator Tom Kotton və ABŞ Nümayəndələr Palatasının üzvü Elis Stefanik ABŞ Prezidentinin birinci müavini Kamala Harrisin müşaviri Fil Qordonun Arin Təbatəbayi ilə əlaqələrinə görə tədqiqata başlayıblar.

Senatorlar Kamala Harrisə məktub yazıb və müçavirinin İranın ABŞ-da təsir şəbəkəsinin əsas üzvlərindən olan təbrizli xanım Arin Təbatəbayi ilə əlaqələri barədə hesabat istəyiblər.

Onlar fikrincə hazırda ABŞ Müdafiə Nazirliyində yüksək vəzifə tutan Arin Təbatəbayi İran hökumətinin Amerikada təsirini artırmaq üçün çalışıan əhəmiyyətli fiqurlardandır.

Qeyd edək ki, Arin Təbatəbayi təbrizli Universitet müəllimi və panfarsizm nəzəriyyəsinin təbliğatçılarından olan Cavad Təbatəbayinin qızıdır.

Arinin atası İranda türklərə qarşı münasibəti və türk kimliyi, dili və mədəniyyətinin inkar edilməsi sahəsindəki fəaliyyətləri ilə tanınırdı.

visiontv.az