İsrailin hücumunda bunkerlərdə gizlənən mühafizəkarlar yenidən üzə çıxıb
İsrailin hücumunda bunkerlərdə gizlənən mühafizəkarlar yenidən üzə çıxıb
29.07.2025 Məhəmməd Əsədullazadə Tərəfindən

İranın Ali dini rəhbəri Xamneinin müşaviri Ə. Vilayəti Zəngəzur dəhlizinə qarşı olduqlarını qeyd edib. İran geosiyasi reallıqlara qarşı anti -Azərbaycan siyasətinin davam etdirməkdədir. İranda mühafizəkar dairələr bu xətti yürüdür. İsrailin hücumunda bunkerlərdə gizlənən mühafizəkar dairələr, yenidən üzə çıxaraq İranın miqyasında ola bilməyəcək geosiyasi layihəyə qarşı çıxır.

Təbii ki, Rusiyanın dəstəyi ilə İran bu dəhlizə çıxmaq siyasətini ortaya qoyub. Amma, Ermənistan dəhlizə nəzarəti ABŞ verilməsi barədə razılaşma əldə olunub. Eyni zamanda , Ermənistan Baş naziri N. Paşinyan bunu təsdiq edib.

Ermənistan Baş naziri qeyd edir ki, ABŞ dəhlizə nəzarətin verilməsini qəbul etməyin. Təbii ki, seçki öncəsi həm Rusiya ilə, həm də İranla manevr edir. Azərbaycan, Ermənistan, Türkiyə və ABŞ arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma var. Ermənistanda seçkilərdə N. Paşinyan qələbə əldə etdikdən sonra, dəhliz açılması gözlənilir. İranın prosesə müdaxiləsi isə, mümkün görünmür.

Göründüyü kimi, İran yenidən ənənəvi siyasətinə qayıdıb. Zəngəzur dəhlizinin açılması Türkiyənin regionda mövqeyini gücləndirəcək. Həmçinin Mərkəzi Asiya siyasətində yeni mərhələyə keçəcək. Bu geopolitik layihənin qarşısını almaq üçün Rusiya və İran birgə çalışması proseslərin axarını dəyişə bilməyəcək.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az