İsrail İraq üzərindən İrana hücum etməyə hazırlaşır
08.04.2025

İraqın “Əl-Əhd” informasiya agentliyi xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahı İraq Ordusunun Baş Qərargahına mesaj göndərərək İsrailin ABŞ-nin dəstəyi ilə İraq hava məkanından İrana hava hücumu həyata keçirməyə hazırlaşdığı barədə xəbərdarlıq edib.

Bildirilib ki, İran İraq, Küveyt, BƏƏ və Qətər də daxil olmaqla region ölkələrinə bildirib ki, ABŞ-a mümkün hücumu həyata keçirmək üçün öz ərazilərindən istifadəyə imkan verilsə, bu düşmənçilik sayılacaq.

Agentlik qeyd edib ki, proseslər regionda gərginliyin artdığını və tərəflərin mümkün münaqişəyə hazır olduğunu göstərir.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8