İsrail İranın terrorçulara qaçaqmalçılıq yolu ilə göndərdiyi silahları ələ keçirib
28.03.2024

Bu yaxınlarda İranın İsrail hədəflərinə qarşı hücumlarda istifadə edilmək üçün İordan çayının qərb sahilindəki silahlılara iri həcmli qabaqcıl silah göndərmək cəhdlərinin qarşısını alıb.

Bu barədə İsrailin Təhlükəsizlik Xidməti (Şin Bet) məlumat yayıb.

Məlumata görə, silah tədarükü "Briqada 4000", Cavad Qafarinin başçılıq etdiyi SEPAH-ın Kəşfiyyat Xüsusi Əməliyyatlar İdarəsi və "Birqada 18840" kimi tanınan SEPAH-ın Qüds Qüvvələrinin Xüsusi Əməliyyatlar Bölməsi tərəfindən idarə olunur.

“The Times of Israel” internet saytının məlumatına görə, silah qaçaqmalçılığında Fələstinin silahlı qruplaşması olan FƏTH-in yüksək rütbəli rəhbərlərindən biri, Livanın Əyn Əl-Hilva şəhərindəki fələstinli qaçqın düşərgəsində məskunlaşan Munir Məqdah da iştirak edib.

"Şin Bet İsrail ordusu ilə əməkdaşlıq edərək İordan çayının qərb sahilinə qaçaqmalçılıq yolu ilə gətirilən əlavə İran silahlarını və İran məmurları tərəfindən cəlb edilmiş terror qruplaşmalarını müəyyən edib həbs etməyə çalışır",- Şin Betin məlumatında qeyd edilib.

visiontv.az