İsaril Hizbullahın 40 məntəqəsini məhv etdi!
25.04.2024

İsrail Silahlı Qüvvələri çərşənbə günü günortadan sonra Livanın cənubundakı Ayta Aş Şab yaxınlığında Hizbullahın 40 obyektinə, o cümlədən silah anbarlarına, raketatan qurğulara və digər terror infrastrukturuna zərbələr endirib.

Silahlı Qüvvələrin polkovnik-leytenantı, Şimal Komandanlığında Atəş Dəstəyi Mərkəzinin komandiri  (ad açıqlanmayıb) zərbələrin Hizbullaha ciddi şəkildə zərər verdiyini qeyd edib.

"İsrail Silahlı Qüvvələri terror təşkilatının imkanlarını əngəlləməyə və onlara qarşı mübarizə aparmağa davam edəcək. Bu bölgədə təhlükəsizlik vəziyyətində dəyişiklik olmayana və sakinlər şimaldakı evlərinə qayıtmayana qədər terrora qarşı mübarizəni dayandırmayacağıq"- açıqlaması zamanı bildirib.

İsrail Silahlı Qüvvələri qeyd edib ki, Hizbullah Ayta Aş Şab bölgəsindən terror məqsədləri üçün geniş şəkildə istifadə edir və İsraili hədəf almaq üçün onlarla yeni terror obyekti yaradır.

visiontv.az