İsaak Nyutona görə dünyanın sonu nə vaxt olcaq?
27.07.2024

İsaak Nyutonun 1704-cü il tarixli qeydlərində Dünyanın sonu Müqəddəs Roma İmperatorluğunun qurulmasından 1260 il sonra, yəni 2060-da gələcək. Bu hesabla Qiyamət 36 il sonra baş verəcək.

Nyuton İncildəki kəhanətləri deşifrə etməyə də planetlərin hərəkət qanunları qədər həvəsli idi. Dahi fizik qeydlərində Dünya tarixinin ən mühüm hadisələrini hesablamaq üzərində çalışıb. O, “sirli peyğəmbərlik günləri”, 1290 və 2300 illik dövrlərə, hətta Daniel peyğəmbərin kitabındakı “keçinin kiçik buynuzundan” bəhs edir.

Bir mətn şəkili ola bilər

Onun hesablamalarında ən maraqlı xüsus gələcəyi proqnozlaşdırma təşəbbüsü idi. Nyutonun gəldiyi nəticəyə görə bəzi mühüm tarixi dövrlər 2060-2344-cü illər arasına düşür.

İbrahim Nəbioğlu

visiontv.az