İranın Rusiyadakı səfiri Kazım Cəlali Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricaninin Moskvaya etdiyi səfərlərlə bağlı diqqətçəkən açıqlamalar verib.
Cəlali “Khabar Online” saytına müsahibəsində bildirib ki, Laricani son bir il yarım ərzində Rusiyaya yeddi dəfə səfər edib və bu səfərlərin yalnız ikisi ictimaiyyətə açıqlanıb. Onun sözlərinə görə, qalan səfərlər həm İran, həm də Rusiya tərəfinin razılığı ilə gizli saxlanılıb.
Səfir qeyd edib ki, səfərlərin məqsədi və görüşlərdə müzakirə olunan məsələlər barədə məlumat vermək istəmir.
Diplomat deyib ki, Laricaninin Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü də həmin açıqlanan səfərlərdən biri olub.
visiontv.az