İran parlamentinin İqtisadi Komissiyası inflyasiya ilə mübarizə məqsədi ilə milli valyutadan dörd sıfırın çıxarılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Yeni qanuna əsasən, hazırda 10,000 rial olan pul gələcəkdə 1 riala çevriləcək.
İran valyutasının real dəyəri isə son illər ərzində kəskin azalıb:
• Son 1 ildə rial 66,3% ucuzlaşıb;
• Son 5 ildə bu rəqəm 522,9%-ə çatıb;
• 1979-cu ildən bəri isə ümumi ucuzlaşma 1.285.714%-dir.
Qeyd olunub ki, bir vaxtlar 1 ABŞ dolları 70 riala bərabər idisə, hazırda bu rəqəm 900 min rial civarındadır. İslam İnqilabından öncə 5 riala satılan çörək bu gün 12,500 rial dəyərindədir.
Maraqlıdır, doğrudanmı parlament bu yolla inflyasiyanı, valyutanın devalvasiyasını azaltmağa çalışır, yoxsa bu, sadəcə əhalidə psixoloji təsir yaratmaq məqsədi güdür?
visiontv.az
Ermənilərin daha bir yalanı: Fransız alimi Rigobert Bonnenin xəritəsində olan saxtakarlıq