İranın İsrailə göndərdiyi bütün PUA-ların qarşısı alınıb
13.06.2025

Bu barədə "Alarabia" və israilli jurnalist Lahav Harkov məlumat yayıb.

“İsrailə yönəldilən bütün pilotsuz təyyarələrin ələ keçirildiyi bildirilib – bu,o deməkdir ki, bizim artıq təhlükəsiz otaqlara və sığınacaqlara yaxın qalmağımıza gərək yoxdur.” - deyə məlumatda qeyd edilib.

Məlumata görə, İsrailin hərbi hava qqüvvələri göndərilmiş PUA-ları İsrail göyünə çatmamış məhv ediblər.

Məsələ ilə bağlı İsrail Müdafiə Nazirliyi isə İranın dron hücumuna nəzarət etdiyini, ancaq hələ hamsının vurulmadığını bildirib.

visiontv.az