İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Armen Press”ə müsahibəsində iddia edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilmiş Zirvə görüşündə qəbul edilən yekun bəyanatda “Ermənistanın ərazi bütövlüyünü” pozan və İranın “rəsmi mövqeyinə” zidd ifadələr yer alıb.
Diplomat qeyd edib ki, İran bu məsələ ilə bağlı İƏT-ə rəsmi iradlarını çatdırıb. Onun sözlərinə görə, bəyanatda yer alan müddəalar İranın dost və qonşu ölkə kimi Ermənistana dair prinsipial mövqeyinə uyğun gəlmir və Tehran tərəfindən qəbul edilə bilməz.
Sübhani əlavə edib ki, sənəd yalnız sammitə sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini əks etdirir və bütün üzv ölkələrin razılaşdırılmış mövqeyi deyil. O, deyib ki, İran Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir və qarşılıqlı razılaşma əsasında sülh müqaviləsinin imzalanmasına önəm verir.
visiontv.az