İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Ermənistana səfər edib.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, iranlı həmkarını Yerevan Zvartnots hava limanında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qarşılayıb.
Daha sonra tərəflər arasında ikitərəfli əsasda danışıqlar baş tutub.
Qeyd edək ki, İrəvana səfərindən öncə Əhmədian Bakıda olub.
Visiontv.az