İranı tərk edin: Almaniya çağırış etdi
05.11.2024

Almaniya vətəndaşı Cəmşid Şarməhdin edamından sonra bu ölkənin Xarici İşlər Nazirliyi Almaniya vətəndaşlarına çağırış edərək onlardan İranı tərk etmələrini istəyib.

Bu barədə Alman XİN-nin sözçüsü Kristofer Burger məlumat yayıb.

"Almaniya uzun müddətdir İrana səyahətlə bağlı xəbərdarlıq edib və öz vətəndaşlarından bu ölkəni tərk etməyi istəyib, ona görə ki, Tehran Almaniya vətəndaşlarını girov götürür",- o bildirib.

Burger həmçinin almaniyalılara İrana səfərər etməməyi taöışırıb.

Qeyd edək ki, 68 yaşlı Şarməhd 2003-cü ildən Kaliforniyada yaşayıb. 2020-ci ilin iyul ayında Dubaya səfər edərkən İran təhlükəsizlik məmurları tərəfindən qaçırılaraq İrana aparılıb.

Casusluq və terrorçuluqda günahlandırılan Cəmşid Şarməhd oktyabrın 29-da edam edilib.

Bundan sonra Almaniya Tehrandakı səfirini geri çağırıb və İranın Almaniyanın 3 şəhərindəki konsulluqlarını bağlayıb.

visiontv.az