İranda yol qəzalarında ölənlərin son sayı açıqlandı: 4 ayda 6 min ölü
18.09.2024

Cari günəş ilinin ilk 4 ayı ərzində (aprel-iyul 2024) İranda baş verən yol qəzaları nəticəsində 6300 nəfər həlak olub.

Bu barədə İran Tibbi Ekspertiza Mərkəzi məlumat yayıb.

Həmin müddət ərzində isə 127 min 350 nəfər müxtəlif dərəcəli bəsən xəsarətləri alıb.

Bildirilib ki, ölən və yaralı sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artıb.

Yol qəzalarında ən çox ölü sayı 593 nəfərlə Fars, 555 nəfərlə Sistan və Bəluçistan və 517 nəfərlə Tehran əyalətlərində qeydə alınıb.

visiontv.az