İranda müəllimə ölüm hökmü ilə üzləşə bilər
10.02.2026

Bu barədə vəziyyətlə tanış mənbələr “Iran International”a məlumat verib.

Bildirilir ki, ibtidai məktəb müəlliməsi Məstureh Nərimani yanvarın 11-də Əhvaz şəhərində keçirilən etirazlar zamanı saxlanılıb.

Mənbələrin məlumatına görə, ona qarşı “təhlükəsizliklə bağlı” ittihamlar irəli sürülüb. Xüsusilə, Nərimani “videolar və materialların xarici mediaya ötürülməsi”ndə təqsirləndirilir.

visiontv.az