2022-2023-cü təhsil ilində İranda 929 min 798 şagird təhsilalma hüququndan yararlana bilmir.
Bu barədə İran Statistika Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Keçən il təhsildən kənar düşənlər daha çox 15-17 yaşlı yeniyetmələr olublar.
Ekspertlər bunu ölkədə hakim olan iqtisadi böhran və yoxsulluq səviyyəsinin artması ilə əlaqələndirirlər.
Onların dediyinə görə, uşaqların təhsilinin yarımçıq qalmasının əsas səbəbi yoxsulluq və məişət problemlərini həll etmək üçün uşaq və yeniyetmələrin məcburi işə cəlb edilməsidir.
visiontv.az