“Iswnews” xəbər verir ki, İranın şimalındakı Gilan əyalətində 800 km-dək radiusda fəaliyyət gəstərə biləcək “Nəzir” adlı yeni radar yerləşdirilib.
Məlumata görə, radar sistemi 30 km-dən çox hündürlüyə qədər hədəfləri aşkar etmək qabiliyyətinə malikdir. “Nəzir” radarı Ermənistan və Türkiyənin şərqinin böyük hissəsini, Gürcüstanın əksər bölgələrini, Türkmənistanın qərb hissəsini, Qazaxıstanın cənub-qərbinin bir hissəsini, eləcə də Xəzər dənizinin səmasını müşahidə edəcək.
Sayt qərəzli olaraq yazıb ki, “Nəzir” radarının Gilan əyalətində fəaliyyətə başlaması ilə “Bakı hökumətinin” (Azərbaycan) səması və Xəzər dənizi İranın müdafiə şəbəkəsi tərəfindən daim nəzarət altında olacaq və istənilən düşmən hərəkətinin qarşısı alınacaq”.
visiontv.az