İran rəsmiləri hər gecə yer dəyişirlər
10.07.2025

Düşmən qüvvələr ölkənin vəziyyətinə təsi edir və hökümət rəsmiləri gizli partizan qrupları kimi qorxularından hər gün başqa bir yerdə gecələyirlər.

Bu sözləri İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə bağlı tədqiqatçı və ekspert Abdullah Şahbazi deyib.

O, hökumət məmurlarının bütün elektron rabitə sistemləri, o cümlə mobil telefondan imtina etməyə məcbur olduqlarını bildirib.

"İndi məlum olub ki, hava qüvvələri, raket sistemləri və pilotsuz təyyarələrdən başqa, yerdə də Mossad şəbəkəsinin aktiv qüvvələri var. Maraqlıdır, bu ikili vəziyyət nə qədər davam edəcək?",- Şahbazı qeyd edib.

visiontv.az