İran parlamenti təcili iclas keçirir
13.06.2025

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası İsrailin hava hücumları səbəbilə fövqəladə iclas keçirəcək.

Bununla bağlı, komissiyanın sözçüsü İbrahim Rzayi deyib: “Biz millət vəkilləri “sionist rejimə” qarşı təcili və qəti addımlar atılmasını və əziz İran vətəndaşlarının haqsız yerə tökülən qanlarının intiqamını tələb edirik”.

Onun sözlərinə görə, “sionist rejim” indi İranın silahlı qüvvələrinin sərt, ibrətamiz və dağıdıcı cavabını gözləməlidir”.

visiontv.az