İran Oman dənizində yanacaq tankerini ələ keçirdi
16.07.2025

“Mehr News” xəbər verir ki, bu gün İranın sahil mühafizə qüvvələri Oman dənizində xarici neft tankerini saxlayıb. Tanker 2 milyon litr qaçaq yanacaq daşımaqda ittiham olunur. Hadisə ölkənin dəniz sərhədlərində aparılan monitorinq və nəzarət tədbirləri çərçivəsində baş verib.

Məlumata əsasən, tankerin yükü ilə bağlı qanuni sənədlərin olmaması səbəbindən gəmidə yoxlama aparılıb və gömrük sənədləri təqdim edilmədiyindən neftin qaçaqmalçılıq yolu ilə daşındığı müəyyən edilib. Hadisə ilə bağlı Cask şəhər İnqilab Prokurorluğunda cinayət işi açılıb.

Hörmüzqan vilayətinin Baş Ədliyyə İdarəsinin rəisi bildirib ki, saxlanılanlar arasında tankerin kapitanı və ekipaj üzvləri də var. Ümumilikdə 17 nəfər istintaqa cəlb edilib.

visiontv.az