İran millət vəkili həddini aşdı: “Azərbaycan Prezidenti hörməti saxlamasa, biz layiqli cavab verəcəyik”
10.01.2025

İran parlamentinin Təbrizdən olan üzvü Ruhullah Mütəfəkkir-Azad da “X” hesabında Azərbaycan Prezidentinin son açıqlamalarına hədələyici tonda münasibət bildirərək yazıb:

“Azərbaycanın dövlət nümayəndələri və mediası son iki ildə İran İslam Respublikasını və ölkəmizin ali rəsmilərini 200 dəfədən çox təhqir edib. Biz sərhədləri tanıdığımız üçün indiyə qədər böyüklük edərək hörməti saxlamışıq. Əgər cənab Əliyev adi bir şəxsin səhvinə görə hörməti saxlamasa, qətiyyətlə layiqli cavab verəcəyik!”

Millət vəkilinin paylaşımına çox keçmədən sosial media istifadəçilərindən tutarlı cavablar gəlib.

“Göktürk Kartal” adlı istifadəçi yazıb: “Sən böyüklərin işinə burnunu salma, İlham Əliyevə yaman deməklə mükafat vermirlər”.

“Araz” adlı istifadəçi isə yazıb: “Biz cənab İlham Əliyevdən heç bir təhqir eşitmədik.. təhqir etmək sizlərin danışıq üslubunuzdur”.

“Araz”: “Təəssüflər olsun, heç bir tərəddüd edilmədən sənə verilən səslərə”.

“Alican” adlı istifadəçi isə qeyd edib: “Od olsanız, düşdüyünüz yeri yandırmarsınız!”.

Bir 2 nəfər və mətn şəkili ola bilər

visiontv.az