İlon Mask Mark Zukerberqlə əlbəyaxa döyüş üçün məşq edir
28.06.2023

“Tesla” və “Tvitter”in sahibi, milyarder İlon Maskın “Facebook” un rəhbəri Mark Zukerberqlə əlbəyaxa döyüşə hansı məşqçi ilə hazırlaşdığı məlum olub.

Visiontv.az bildirir ki, Mask məşhur alim  və ciu-citsu üzrə qara kəmər sahibi Leks Fridmanla məşq edib.

“Dünən mən İlon Maskla bir neçə saat davam edən məşq etdim. Onun gücü, gücü və döyüş bacarığı məni çox heyran etdi…”, – deyə Fridman sosial şəbəkədə yazıb.

Mask daha əvvəl Zukerberqlə əlbəyaxa döyüşə hazır olduğunu bildirmişdi. Zukerberq “Tesla”nın rəhbərinin təklifini qəbul edib. Mask Las-Veqasda döyüşməyi təklif edib.