Sözlə ifadə olunmayacaq bir tarixi anları yaşayırıq. Cəmi, 24 saat ərzində keçirilmiş anti-terror tədbirləri nəticəsində, 150 ildən bəri süni şəkildə üfürülüb şişirdilmiş hayların dizi yerə qoyuldu. Alnımızdan məğlub xalq damğası birdəfəlik götürüldü. Gələcək nəsillərə qəhrəman xalq, qürurlu azərbaycanlı obrazı kimi şərəfli miras qoyuldu. Dünya erməniliyi sındırıldı, onların satın aldığı lobbi təşkilatlarına sarsılmaz zərbə vuruldu.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Şərəfli tarixin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində anti-terror tədbirlərinin keçirilmə zərurəti, əməliyyatlar zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması, geosiyasi mürəkkəbliklər və reallıqlar barədə geniş məlumat verdi. Eyni zamanda, Qarabağda yaşayan erməni əhalisinə və Ermənistana növbəti dəfə mesajlarını çatdırdı. İndi yenə söz ermənilərindir.
Qarşılarında iki yol var:
-birincisi, uzun illər ərzində uydurulmuş yalanlarla, vədlərlə, “erməni mifi” yaratmış saxta liderlərinin arxasınca getməli. Təcrübə göstərir ki, bu yol ermənilər üçün daha ağır facilərə səbəb olur.
-ikincisi isə, hər dəfə xəbərdarlıqdan sonra dediyini yerinə yetirən, anlamadıqları halda Dəmir Yumruğu başlarına endirən Prezident İlham Əliyevin göstərdiyi və regiona dayanıqlı sülh gətirəcək yoldur.
Erməni xalqı bir dəfəlik başa düşməlidir. Ağlamaqla, timsah göz yaşları axıtmaqla, zarımaqla, yardımlar istəməklə, öz problemlərini başqalarının hesabına həll etməyə çalışmaqla, bəzi güclərin əlində “marionet” rolunu oynamaqla, bütün dünyanı bezdirmisiniz. Əgər, bu dəfə də, baş verənlərdən düzgün nəticə çıxarmasalar, aqibətləri daha da acınacaqlı olacaqdır.
İlham Əliyevi diqqətlə dinləyin.
millət vəkili Nəsib Məhəməliyev
visiontv.az