Azərbaycanlı türk fəal İbrahim Savalan (Rəşidi) 54 günlük həbs və on beş aylıq məhkəmə prosesindən sonra “yalan yaymaq” və “rejim əleyhinə təbliğat” ittihamı ilə iki ayrı iş üzrə ümumilikdə 250 milyon rial cərimə və üç ay həbs cəzasına məhkum edilib.
İbrahim Savalan 2023-ci il dekabr 30-də “İslam Respublikası rejiminə qarşı təbliğat aparmaq” və “kompüter sistemləri vasitəsilə yalan yaymaq” ittihamı ilə Xiyavda (Meşkinşəhr) atasının evində həbs edilib.
Hər iki ittiham hüquqi cəhətdən girov müqabilində azadlığa buraxılmağa imkan verən kiçik cinayətlər sayılsa da, jurnalist həmin il martın 23-dək 54 gün həbsdə saxlanılıb.
On beş ay davam edən prosesdən sonra Xiyav Cinayət Məhkəməsi İbrahim Rəşidi yalan yaymaq ittihamı ilə əlli milyon rial cərimə ödəməyə məhkum edib.
Bununla yanaşı, Xiyav İnqilab Məhkəməsi onu rejim əleyhinə təbliğat işi üzrə üç aylıq həbsə alternativ olaraq iki yüz milyon rial cərimə ödəməyə məhkum edib. Cərimə ödənilməsə, hökm icra olunacaq.
visiontv.az