Hizbullahın Latın Amerikadakı gizli fəaliyyəti ifşa olundu
09.04.2025

Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) yaxınlığına görə “Kölgə MKİ” kimi tanınan RAND-ın yeni hesabatı dərc edilib. Mərkəzi Kəşfiyyat İdarəsi ilə birgə hazırlanan hesabatda Hizbullahın Latın Amerikası boyunca maliyyə, logistika şəbəkələri və terror düşərgələri qurduğu iddia edilib.

GünazTV Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) yaxınlığına görə ictimaiyyət arasında “Kölgə CİA” kimi tanınan RAND şirkəti olduqca təəccüblü hesabat dərc edib. Mərkəzi Kəşfiyyat İdarəsi ilə birgə hazırlanan hesabatda İranın dəstəklədiyi Hizbullah təşkilatının Latın Amerikasında bütün fəaliyyətləri təfərrüatlı şəkildə öz əksini tapıb. Hesabatda təşkilatın Venesuelanın şimalındakı bir adada silahlı terror düşərgəsi açdığı da qeyd edilib. 31 mart 2025-ci il tarixli “Hizbullahın Latın Amerikasında Şəbəkəsi” adlı birgə hesabatda ABŞ Daxili Təhlükəsizlik Departamenti, Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsinin Latın Amerikasındakı Hizbullah varlığına qarşı birgə mübarizə aparmaq üçün terrorla mübarizə qrupları yaratması təklif edilib. Qrupların bölgəyə müdaxilə etməsinə dair təklifin də yer aldığı hesabat ABŞ prezidenti Donald Trampa da təqdim ediləcək. Həmin hesabatda diqqət çəkən maddələri təqdim edirik:

İşte CIA'in Hizbullah raporu, Latin Amerika'ya kontra müdahale! - Resim : 1

ABŞ-DA TERROR RİSKİ

İran Hizbullahın əsas silah, maliyyə və logistika mənbəyidir. İranın dəstəkləri vasitəsilə təşkilat 1990-cı illərdən etibarən Avropa, ABŞ, Latın Amerikası və Asiyada iştirakını genişləndirməyə nail olub. 2017-ci ildə ABŞ-a Latın Amerikası ölkələrindən gələn və Nyu-Yorka hücum etməyə hazırlaşan üç Hizbullah hücrəsinə basqın edilib. 2023-cü ildə təhlükəsizlik qüvvələri Braziliyadakı Hizbullah hücrələrinin ölkə daxilində yəhudi qurumlarına böyük bir hücum edəcəyini öyrəndi və əməliyyatla təşkilat üzvlərini həbs etdi. Bilirik ki, İsrailin Yaxın Şərqdə təşkilata vurduğu böyük zərbəyə görə Hizbullah Amerika qitəsindəki Qərb hədəflərinə, xüsusən də ABŞ-a qarşı böyük hücumlar planlaşdırmaq ərəfəsindədir.

12 ÖLKƏDƏ FƏALİYYƏT

Hizbullahın Latın və Mərkəzi Amerikanın 12 ölkəsində geniş maliyyə və terror şəbəkələri var, lakin təşkilatı terror təşkilatı kimi tanıyan yeganə ölkələr Argentina, Kolumbiya, Honduras və Paraqvaydır. Hizbullahın, həmçinin, mövcud olduğu ölkələrdə gizli təşkilatlarla və Venesueladakı hökumət səviyyələri ilə sıx əlaqələri var. Venesuelada Tariq Zaydan El Aysami və Adil El Zubeyir kimi tanınmış adların təşkilat adından narkotik alveri ilə məşğul olduğu aşkarlanıb. Ölkənin ictimai aviasiya şirkəti olan "CONVIASA" təşkilatın üzvlərini İrandan gətirir.

ADADA TERROR DÜŞƏRGƏSİ

Paraqvayın Argentina və Braziliya ilə sərhədində yerləşən və xüsusi ticarət zonası olan "Üç Sərhəd Bölgəsi" Hizbullahın ən fəal olduğu ərazidir. Bölgədə böyük Lübnan diasporu var və təşkilat irimiqyaslı qanunsuz maliyyə fəaliyyətinin çoxunu bu bölgədə həyata keçirir. Təşkilatın həmçinin Venesuelanın şimalındakı Marqarita adasında terrorçuların ideoloji və silahlı təlim düşərgələri var. Bu düşərgələrin rəhbərləri venesuelalı iş adamı Fevzi Kean və diplomat Qazi Nəsr-Eldindir.

İşte CIA'in Hizbullah raporu, Latin Amerika'ya kontra müdahale! - Resim : 2

QIZIL-NEFT MÜBADİLƏSİ

Təşkilat Yaxın Şərqdəki qərargahını pulların yuyulması, narkotik və silah ticarəti, qeyri-qanuni mədənçilik və qitə boyu saxta pasport və şəxsiyyət vəsiqələrinin istehsalı kimi fəaliyyətlər vasitəsilə maliyyələşdirir. Kolumbiyada narkotik, Venesuelada qızıl müqabilində İran neftinin ticarətinə vasitəçilik edən təşkilatın iş adamları ABŞ sanksiyalarını pozur. Argentina və Braziliyada bir çox şirkət və çirkli pulların yuyulmasında iştirak edən təşkilat üzvləri Panama, Boliviya və Peruda da silah və sursat tədarükü ilə məşğuldur.

TERRORLA MÜBARİZƏ QRUPLARI

ABŞ Dövlət Departamentinin Terrorla Mübarizə Maliyyə Proqramının keçmiş direktoru və hesabatı hazırlayan qrupa rəhbərlik edən Celina B. Realuyo qurumların ortaq nəticələrə gəldiyini bildirib. İrana qarşı strategiya müəyyən edilməmişdən əvvəl ABŞ prezidenti Donald Trampa təqdim olunacaq hesabatın ən diqqətçəkən nəticələri belədir: “MKİ Dövlət Departamenti və Daxili Təhlükəsizlik Departamentinin iştirakı ilə yaradılacaq birgə təşkilatlar qrupu ilə kommersiya, diplomatik və çöl kəşfiyyatı və əməliyyat mübarizəsi aparmalıdır. Bu istiqamətdə terrorla mübarizə qrupları formalaşdırılmalıdır”.

Şahin Elxanoğlu

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8