Hindistan Prezidenti Draupadi Murmu... "Qadın siyasətçilər" rubrikası...
Hindistan Prezidenti Draupadi Murmu... "Qadın siyasətçilər" rubrikası...
30.05.2023 MEDİA Tərəfindən

Draupadi Murmu və ya Droupadi Murmu hindistanlı siyasətçidir. O, 25 iyul 2022-ci ildən Hindistanda dövlət başçısıdır.

18 iyul 2022-ci ildə Hindistanda keçirilən prezident seçkiləri üçün 2022-ci ilin iyununda namizədliyi irəli sürmüş Murmu həmin seçkilərdə ən çox səs toplayaraq prezident seçilib.

Murmu Pratibha Patildən sonra Hindistan tarixində ikinci qadın prezident oldu, Santal yerli xalqının üzvü olaraq isə Hindistan tarixində ilk etnik santal Prezidentdir.

 

Murmu səslərin 64 faizindən çoxunu (676,803) toplayaraq rəqibi Yaşvant Sinh (380,177 səs) üzərində qalib gəlib.

O, Hindistan prezidenti vəzifəsinə keçən ikinci qadındır. 2015-ci ildə D. Murmu beş il müddətinə Jharkhand ştatı qubernatoru seçilib.

2015–2021-ci illər arasında Karxand qubernatoru vəzifəsində çalışıb.

Bünyamin Bünyadzadə

Visiontv.az