Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi və onun tabeliyindəki qurumlarla bağlı Baş Prokurorluğa müraciət edib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Palatanın ötən ilki fəaliyyət hesabatına istinadən xəbər verir.
Belə ki, ötən il Palata Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditini aparıb. Audit nəticəsində dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar materiallar Baş Prokurorluğa təqdim edilib.