Hər bayramda bir dəstə inkarçı şəxs ortaya çıxıb deyir ki, filan bayram bizim deyil
Hər bayramda bir dəstə inkarçı şəxs ortaya çıxıb deyir ki, filan bayram bizim deyil
24.03.2025 Bəybala Mirzəyev Tərəfindən

İndi də bir neçə inkarçı martın 18-dən təbliğat aparmağa başlayıb ki, bəs, "İlaxır Çərşənbə bizim deyil", "Novruz bizim bayram deyil", "tonqal qalamaq, od üzərindən tullanmaq zərdüştilərə aiddir", "Səməni farslarındır" və s.

Ancaq həmin inkarçılar bir az ağıl işlədib araşdırma aparsalar görərlər ki, Novruz təkcə farsların yox, bir çox Ön Asiya, Mərkəzi Asiya (Türkistan), Cənubi Qafqaz xalqlarının ortaq bayramıdır. Hər xalq bu bayrama öz boxçasından bir şeylər əlavə edib, öz qatqısını qatıb.

Və Novruz yarananda ümumiyyətlə, tarix səhnəsində "fars" adlı xalq yox idi.

Araşdırsalar, həmçinin onu da bilərlər ki, qədim türklər bu bayramı həm də Ergenekon (Yeni gün, Qurtuluş günü, Diriliş günü) kimi də qeyd ediblər.

"Ağırlığım-uğurluğum odlara", "Ağrım-uğrum tökülsün, Oda düşüb kül olsun" deyib, od üzərindən atdanmaq, tullanmaq adətimizi, tonqal qalayıb günəşli Yazı çağırmaq inancımızı aparıb zərdüştiliyə, atəşpərəstliyə bağlamaq da absurddur. Od kultu əksər xalqlar kimi Azərbaycan türklərinə də doğmadır. Və yuxarıda qeyd etdiyim adətlər bu yerlərdə zərdüştilikdən öncə də mövcud olub.

Bəzi ifratçıların Yaz bayramımızı israrla farslarla əlaqələndirməsi, bəzi təkfirçi dindarların isə bu bayramın İslama zidd olduğunu iddia etməsi təkcə cahilliyin əlaməti deyil. Bu, həm də məqsədyönlü təxribatdır. Xalqımızın dəyərlərini dəyərsizləşdirmək istəyən gizli qüvvələrin təxribatıdır.

Bəybala Mirzəyev

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8