Həmas və İsrail arasında altı həftəlik atəşkəs razılaşması əldə edildi...
Həmas və İsrail arasında altı həftəlik atəşkəs razılaşması əldə edildi...
08.07.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ vasitəçiliyi ilə Qahirədə Həmas və İsrail arasında altı həftəlik atəşkəs razılaşması imzalandı. Göründüyü kimi, İsrail Həmasi Qəzza zolağından çıxarda bilmədi və onunla danışıqlara getdi. Razılaşmaya əsasən İsrail Qəzzada sıx məskunlaşmış yerlərdən qoşunlarını çixaracaq. Əhalinin cənuba qayıtmasına şərait yaradacaq. Bir neçə girov müqabilində yüzlərlə fələstinli məhbusu azad edəcək.

İsrail hərbi-siyasi kabineti isə,Qəzzada Həmasi məhv etməyincə geri çəkilməyəcəyini elan etmişdir. Bu, İsrailin Həmasa uduzması deməkdir. İsrail Qəzza da mülki infrastrukturu və əhalini hədəf almaqla humanitar fəlakətə yol açdı. Amma, Həmas olduğu kimi öz gücünü saxladı.

Bu atəşkəs heç də uzun müddətli münaqişənin başa çatmasına gətirib çıxarmır. ABŞ -da prezident seçkiləri öncəsi Bayden adminstrasiyası atəşkəsə getmək üçün İsrailə təzyiqlər etdi.

Bir müddətdən sonra İsrail Qəzzani tam tərk edəcək. Həmas Ərəb ölkələrinin təzyiqi ilə Qəzzada hakimiyyəti Fələstin administrasiyasına təhvil verə bilər.

Artıq Fələstin müstəqil dövlət kimi tanınması, bundan sonra aktual olacaq. Qəzza müharibəsi sübut etdi ki, İsrail silah yolu ilə problemi həll edə bilməyəcək. İsrail -Fələstin müharibəsinin Fələstinin müstəqil dövlət kimi tanınmasından asılıdır.

Qeyd edim ki, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının zirvə görüşündə qəbul edilən Qarabağ Bəyannaməsində Fələstinin bir dövlət kimi tanınması, İsrailin Qəzzada dinc insanları hədəf alması qınanıldı. Artıq Türk dövlətləri Fələstini müstəqil dövlət kimi tanıyacaq.

Məhəmməd Əsədullazadə, MCP Başqan müavini

visiontv.az