Heç kim günahsız deyil: Mən də müqəddəs deyiləm
11.04.2024

70 yaşı tamam olan Honkonq aktyoru, kinorejissor, prodüsser, xeyriyyəçi, YUNİSEF-in xoşməramlı səfiri Ceki Çan:

"Heç kim günahsız deyil. Mən də müqəddəs deyiləm. Mən bu günə kimi özümü necə aparmağın lazım olduğunu öyrənirəm. Sənin çətin işin hər işsizin, dəcəl övladın hər sonsuzun, kiçik evin hər evsizin arzusudur. Kiçik kapitalınız hər bir borclu insanın xəyalıdır.

Uca Allahın sizin günahlarınızı insanların gözündən gizlətməsi, günahları ilə rüsvay olan hər kəsin arzusudur. Sizin dincliyiniz, rahat yuxunuz, yeməyiniz ölkəsi müharibə olan hər kəsin arzusudur. Sahib olduğun hər şeyin qədrini bilməlisən. Axı heç kim sabah sənin başına nə gələcəyini bilmir.

“Qəzəb yumruğu” filminin sonunda baş qəhrəman – Brüs Li yapon ustası ilə döyüşəndə mən pəncərədən “uçdum”. Mən bunu edəndə Brüs Li yanıma gəlib dedi: "Vay, bu nə idi". Belə bir ulduzun komplimentindən daha yaxşı nə ola bilər? "Əjdahanın çıxışı" filminin sonunda Brüs Bo (Çin silahı - bambuk çubuq) ilə iyirmi rəqibə qarşı döyüşürdü. Axırıncı rəqib mən idim, o, məni nokauta saldı. Ancaq zərbə gicgahıma dəydi. Brüs qaçıb məni qucaqlayaraq "Allahım, bağışla”,- dedi. Sonra “Sənin adın nədir?" soruşub mənə bir neçə məsləhət verdi. Dedi ki, məşq edim və özümə inanım.

Brüs Li yaxınlaşanda anladım ki, nə olursa-olsun, həyatda yaxşı insan olmaq hər şeydən vacibdir.

Anar Tağıyev

visiontv.az