Natavan Həbibi: Sizin dualarınızla, əzizlərim. Çox şükür
Müğənni Natavan Həbibi ana olub.
Visiontv.az xəbər verir ki, ifaçının oğlu dünyaya gəlib.
O sosial şəbəkədə həyat yoldaşı və oğlu ilə foto paylaşaraq bu sözləri yazıb:
"Zeyd Əli Səid oğlu - 10.05.2019. Xoş gəldin, oğlum. Sizin dualarınızla, əzizlərim. Çox şükür".
Qeyd edək ki, müğənni 2017-ci ildə reper Dado ilə ailə qurub.