Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 865,3 min və ya 6,6% çox sərnişin daşınıb.
Bu barədə Visiontv.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Qeyd olunur ki, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 4,5% azalaraq 97,9 min ton səviyyəsində olub.