“Həmmihən” qəzeti Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinin İrana qarşı yönəlmiş addım olmadığını yazıb. Qəzetin qeydinə görə, Livanda Hizbullahın tərksilah edilməsi məsələsi də Tehranın əleyhinə deyil.
Məqalədə vurğulanır ki, “İrana qarşı olan nə sülh sazişidir, nə də regional proseslər. Əsas problem, ölkə daxilindəki siyasət və yanaşmadır”. Qəzet qeyd edir ki, dünya dəyişir və İslam Respublikası bu proseslərə uyğunlaşmalıdır.
Yazıda Tehranın Qərblə qarşıdurma siyasətindən əl çəkməyin vacibliyi də vurğulanır: “ABŞ və Avropaya qarşı yönəlmiş siyasət dəyişməlidir. Bu, təslim olmaq deyil, qarşıdurmanı rəqabətə çevirmək deməkdir”.
“Həmmihən” qeyd edir ki, hakimiyyətin zəifliyi və təhlükəsizlik yönümlü siyasəti İranı gərginlik və böhran şəraitində saxlayır. Qəzet çıxış yolunu siyasi və iqtisadi islahatlarda görür.
visiontv.az