"Gürcü arzusu" partiyasının qalib gəlməsinin əsas səbəblərindən biri müxalifətin liderinin olmaması idi
"Gürcü arzusu" partiyasının qalib gəlməsinin əsas səbəblərindən biri müxalifətin liderinin olmaması idi
29.10.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Gürcüstanda keçirilən seçkilərdə hakim partiyanın qalib gəlməsinin əsas səbəblərindən biri müxalifətin liderinin olmaması və dağınıq şəkildə seçkilərə getməsidir. Gürcüstan əhalisi seçim edəndə dağınıq müxalifətin deyil, monolit siyasi partiyaya səs verdi.

Demək olar ki, Gürcüstanda seçkilər qismən şəffaf və rəqabətli şəraitdə keçdi. Gürcüstan vətəndaşları Gürcü Arzusuna heç də Rusiya ilə müharibə qorxusuna görə səs vermədi. Müxalifətin xalqa konsepsiyasında ənənəvi şüarlar üstünlük təşkil etdi. Gürcü Arzusu partiyası çalışacaq ki, Azərbaycan kimi siyasət yürütsün. Görünür, Tiflis bir çox məsələlərdə Azərbaycanla kordinasiyalı işləyir.

Gürcüstan hakimiyyəti Qərblə əməkdaşlığı təlimatlar və göstərişlə deyil müstəqil şəkildə davam etdirəcək. Moskva ilə əməkdaşlıq həyata keçiriləcək. İlk növbədə Kremlin Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyindən asılı olacaq.

Məhəmməd Əsədullazadə

visiontv.az