Günün ulduz falı-28 dekabr
28.12.2019

Visiontv.az 28 dekabra olan bürc proqnozunu təqdim edir.

Qoç
Çoxdan bəri təxirə saldığınız işlərə girişəcəksiniz.Təəssüf ki, ətrafdakılar sizi təəccübləndirəcəklər. Onlar verdikləri vədi unutacaq, planları dəyişəcək və öz maraqlarını önə çəkəcəklər.

Buğa
Yaxşı ideyalarınız olacaq. Ehtimal ki, yeni tanışlığa imza atacaqsınız. Təhsil üçün,imtahana hazırlıq, həmçinin yaşlı qohumlarla ünsiyyət üçün əlverişli gündür. Günün ikinci yarısı imiclə bağlı eksperimentlər aparmaq üçün münasibdir.

Əkizlər
Günün birinci yarısı mübahisə və konfliktlər qaçılmazdır. Təəssüf ki, günahı sizdə görəcəklər. Axşama doğru əhvalınız düzələcək. Sevdiyiniz şəxsin hazırladığı sürpriz sizi sevindirəcək. Pul xərcləməyə tələsməyin.

Xərçəng
Çətinlik istisna deyil. Ancaq siz nikbinliyiniz saxlaya biləcəksiniz. Günün emosional mənzərəsi gərgin olacaq. Yaxşı əhvalı qorumaq üçün səy göstərməli olacaqsınız. Günün ikinci yarısında idmanla məşğul olmayın.

Şir
Uğursuz gündür. Problemlər bir-birini əvəz edəcək. Qiymətli əmlakla, maliyyə işilə bağlı məsələlərin həllində təkbaşına qərar verməyiniz məsləhətdir. Yola çıxarkən vaxtı elə planlaşdırın ki, hava qaralmamış evə dönə biləsiniz.

Qız
Gün sürprizsiz ötüşməyəcək, ancaq narahatlıq da gətirməyəcək. Köhnə dostlardan gözlənilməz xəbər alacaqsınız. Xoş tanışlıq da istisna deyil. Ancaq onlardan heç biri ciddi münasibətə çevrilməyəcək.

Tərəzi
Reputasiyanızı qorumağa çalışın. Son zamanlar adi bir səhviniz hamının diqqətini çəkir, ancaq uğurlarınız diqqətdən kənarda qalır. Özünüzü reklam etməkdən utanmayın. Romantik görüşə cavab verməyə tələsməyin.

Əqrəb
Yola çıxmaq üçün münasib gündür. Şərait dəyişkənliyi əhvalınızı düzəldəcək. Başqa şəhərdə yaşayan tanışlardan xəbər eşidəcəyiniz istisna deyil. Son günlər darıxdığınız adamla görüşmək şansı da ola bilər.

Oxatan
Yeni imkanlar açılacaq və bunlardan istifadə etmək üçün cəsarətli olmaq lazımdır. Yaxşı olar ki, əhatənizdə sizə dəstək ola biləcək biri olsun. Fiziki iş üçün ən münasib zaman günorta vaxtlarıdır.

Oğlaq
Bu gün vacib iş görmək üçün əlverişli deyil. Diqqətinizi toplaya bilməyəcəksiniz. Yaxınlarınızla aranızda problemlər yaşanacaq. Yaxın ətrafınızın görməyə adət etdiyi kompromissə bu dəfə getmək istəməyəcəksiniz.

Dolça
Günün maliyyə mənzərəsi xoş deyil. Planlaşdırdığınız bir sıra xərcliyi təxirə salmalı olacaqsınız. Bu gün borc almayın, çünki onu qaytarmaq asan olmayacaq. Əyləncəli səfər yaxşı keçəcək. Ancaq işgüzar səfər üçün bunu demək mümkün deyil.

Balıqlar
Səhər həyəcan, təlaş baş verməsinə baxmayaraq, gün uğurlu olacaq. Ailə üzvləri ilə aranızda fikir ayrılığı baş verəcək. Siz sülhü bərqərar etmək üçün səy göstərəcəksiniz. Bundan başqa bir problemi də həll edəcəksiniz.