Günün ən önəmli cümləsi: "Azərbaycanın İranla çox uzun sərhədi var və onu qorumaq lazımdır"
Günün ən önəmli cümləsi: "Azərbaycanın İranla çox uzun sərhədi var və onu qorumaq lazımdır"
24.03.2023 Bəybala Mirzəyev Tərəfindən

Bu təqdirəlayiq ifadə ABŞ Dövlət katibi Entoni Blinkenə məxsusdur. O, bu ifadəni ötən gün ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı ermənipərəst senator Bob Menendesin təxribat xarakterli suallarını cavablandırarkən səsləndirib.

Başqa sözlə desək, Birləşmiş Ştatların baş diplomatı erməni lobbisinin "çirkli" pulları və erməni əsilli xanımının tövsiyyələri, tələbləri ilə hərəkət edən Bob Menendesi qətiyyətlə yerində oturtdurub və ona başa salıb ki, Azərbaycan ABŞ üçün əhəmiyyətli ölkədir.

E.Blinken, bu fikrinin təsdiqi kimi həmçinin onu da vurğulayıb ki, Azərbaycan hərbçiləri NATO-nun sülhməramlı missiyalarında iştirak edirlər və bu ölkə ilə Alyansın hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi zəruridir.

ABŞ-ın maraqlarını erməni lobbisinə "su qiymətinə" satan senator Bob Menendes üçün Blinkenin bu cavabları "soyuq duş" effekti yaradıb.

Ermənistanın ABŞ sanksiyalarının ziddinə gedərək İranla sıx təmaslar qurduğunu tənqid etmək əvəzinə, molla rejiminin qarşısında cəsarətlə dayanan Azərbaycanı hədəfə alması siyasi korazehinlik və əsl riyakarlıqdır.

P.S.

Yaxşı ki, Birləşmiş Ştatların xarici siyasətini B.Menendes kimi qərəzli tiplər, qatı türk düşmənləri yox, Entoni Blinken kimi adekvat, soyuqqanlı və dərin dövlətçilik zəkasına malik şəxslər formalaşdırırlar.

Bəybala Mirzəyev

visiontv.az