Güneyli şair Məhəmmədtağı Tağızadə dünyasını dəyişib
09.05.2024

Azərbaycan dilində yazdığı şeirləri ilə tanınan şair, yazıçı və mədəniyyət xadimi Məhəmmədtağı Tağızadə mayın 6-da dünyasını dəyişib.

O, 1939-cu ildə Qaradağın Larican kəndində anadan olub.

Sonradan Xudafərinə köçən şairin yazdığı şeirlər 25 yaşından azərbaycanlılar arasında oxunmağa başlanılıb.

Məhəmmədtağı Tağızadənin yazdığı şeirlərinin bir hissəsini ehtiva edən "Qara bayquş" və "Qərib çinar" adlı iki şeir kitabı nəşr olunub.

visiontv.az