Güneyli aktivistlər Əli Rəzeyzadə Nadarlı ilə görüşüblər
09.05.2024

Güney Azərbaycan milli hərəkatının bir sıra aktivistləri məzuniyyət verilmiş Əli Rəzeyzadə Nadarlı ilə görüşüblər.

Əli Rəzeyzadə Nadarlı “respublikanın təhülükəsizliyini pozmaq məqsədi ilə qanunsuz türkçülük ideyası daşıyan qrupda üzvlükdə” ittiham olunmaqla barəsində 1 ilədək həbs çıxarılıb.

Nadarlı məhkumluq müddətini Tehran şəhəri Evin Həbsxanasının 8-ci Palatasında keçirir və mayın 7-də ona 3 günlük məzuniyyət verilib.  

Güney Azərbaycan milli hərəkatının bir sıra aktivistləri Tehranda Əli Rəzeyzadə Nadarlının mənzilində onunla görüşüblər. 

Görüş zamanı onun vəziyyəti, Tehran şəhəri Evin Həbsxanasının şəraiti və digər güneyli məhbuslar barədə fikir mübadiləsi aparılıb. 

Aktivistə məzuniyyət hüququ zəmanət kimi bir milyard tümən dəyərində mülk sənədi qoyuluşu ilə təmin olunub.

visiontv.az