Son illər, Qlobal təhlükəsizlik sistemində əhəmiyyətli dəyişikliklər baş verir və dünya sürətlə yeni çoxqütblü sistemə yuvarlanır. Yeni təhlükəsizlik arxitekturası formalaşmaqdadır. Əfsuslar olsun ki, proseslər kifayət qədər ağrılı keçir və bir çox xalqların, milyonlarla insanın faciəsi ilə nəticələnir.
Faciələrin əsas səbəbi, beynəlxalq hüququn işləməməsi, böyük dövlətlərin öz geosiyasi maraqlarına görə xalqların qarşı-qarşıya qoyulması və ikili standartlara söykənən, qərəzli qərar qəbul etmələridir. Məhz, Qlobal güclərin apardığı siyasət nəticəsində Hindistanın qaraçı tayfalarından ibarət ermənilər Qafqaza yerləşdirilmiş və 1918-ci ildə İrəvan xanlığının ərazisində bu günki Ermənistan qurulmuşdur. 100 il əvvəl olduğu kimi, bu gündə erməni havadarları sırasında Fransa xüsusi canfəşanlığı ilə seçilir. Fransa, hamıdan yaxşı başa düşür ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və separatçıların elan etdiyi, saxta qurumla əməkdaşlıq beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Sual olunur; Ermənistan daxil, heç bir dövlətin tanımadığı terrorçu Araik Arutyunyanın Fransaya dəvət olunması, dövlət televiziya kanallarında təbliğ olunmasının adı nədir. Müharibə qurtarıb. Azərbaycan torpaqlarını azad etməklə, BMT TŞ-n qətnanələrini təkbaşına icra edib və ermənilər təslim olub, reallıqla barışıb. Fransa isə, bir əsr əvvəl olduğu kimi, geosiyasi maraqlarını təmin etmək üçün, gərginlik ocağını yenidən bərpa edir. Tarix təkrar olunur. İndi də, ,,maşa,, rolunun ifası ermənilərə tapşırılıb.
Fransanın tarixdəki müstəmləkəçilik siyasəti, Əlcəzairdə, Kamerunda, Ruandada, Mərakeşdə, Madaqaskarda törəfdiyi qətliamlar hər kəsə bəllidir. Eyni zamanda, Korsika adasında insan haqqlarının pozulması, uzun illərdən bəri Korsika Milli azadlıq Cəbhəsinin apardığı mücadiləni separatizm adlandırması, ikili standartların nəticəsidir. Korsikada kütləvi etiraz aksiyaları vəhşicəsinə yarırılır , siyasi fəallar həbs olunur. Bu ilin mart ayında təşkil olunmuş aksiyalarda, siyasj fəal İvan Kolonna həbs olunur. Daha sonra isə, boğularaq öldürürülür.
Belə çıxır ki, əhalisinin sayı 400 000-ə qədər olan Korsikaya müstəqillik olmaz. Ancaq, 25-30 000 civarında olan erməniyə olar. Bunun adı siyasi riyakarlıqdır, ikili standartlardır.
Hesab edirəm ki, insan haqqlarından car çəkən beynəlxalq təşkilatlar, xüsusilə AŞPA bunları görməməzlikdən gəlməməli, Fransanın destruktiv əməllərinə hüquqi qiymət verilməlidir. Korsika adasında baş verənlərlə bağlı obyektiv araşdırma aparılmalıdır. Fransa dərk etməlidir ki, terroristin yaxşısı-pisi, mənimki-səninki olmur. Bu gün bəsəldiyin terrorist, zamanı gələndə sənin əleyhinə istifadə olunacaq.
Ən doğru yol, qanunlara riayət olunmasıdır.
millət vəkili Nəsib Məhəməliyev
visiontv.az