Fransanın “Le Point” nəşri yazıb ki, Lionda yaşayan Mehdiyə İsfəndiyarı adlı İran vətəndaşı terrorizmi dəstəkləmək ittihamı ilə saxlanılıb.
Məlumata görə, 39 yaşlı tərcüməçi martın 3-dən Parisin cənubundakı Ferren həbsxanasında müvəqqəti həbsdədir.
Qeyd olunub ki, “İsfəndiyari “Telegram” kanalında HƏMAS-ın 7 oktyabr hücumunu dəstəkləyən paylaşımlar etməkdə ittiham olunur”.
visiontv.az